Hava şəraiti DƏYİŞƏCƏK:XƏBƏRDARLIQ

kRuzYnS1fVxbX8oDHsHC4s6wjtc69ZboEk8zT8YP_1200

Aprelin 11-i axşam və 12-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə digər yerlərdə də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Olkemedia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.