Vəngli sakini: “Övladlarım kəndimizə öz ailələri ilə qayıdırlar”

1Dqv3aESnjGKWQaGbVcDo1WGkPlQpiHliiZtTsVn_1200

Ağdərə rayonunun Vəngli kənd sakini övladlarının doğma yurda sevinclə qayıtdıqlarını bildirib.

Olkemedia xəbər verir ki, bunu “Report”a açıqlamasında kənd sakini Raya Baxşalıyeva deyib.

O, doğma kəndə qayıdacaqları günü illərlə gözlədiyini söyləyib:

“Altı övladımdan dördü Vənglidə anadan olub. Kəndimizi çox ağır vəziyyətdə tərk etmişdik. Bizim üçün çox əlamətdardır ki, övladlarımın dördü kəndə öz ailəsi ilə qayıdır.

Çox sevincliyik, bu günü illərlə gözləmişdik. Nəhayət, arzularımız çin oldu. Həm də ona görə qürurluyam ki, övladlarım kiçik yaşlarında tərk etdikləri, çox da xatırlamadıqları kəndimizə böyük sevinc hissi ilə dönürlər”.

Böyük Qayıdış

Ağdərə rayonu