“AGF Trophy” turnirini altı medalla başa vurublar
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri başa çatıb.
Olkemedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan gimnastları yarışı 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc olmaqla ümumilikdə altı medalla bitiriblər.
Təmsilçilərimizdən Gövhər İbrahimova lent proqramında bürünc medal əldə edib. O, həmçinin halqa ilə hərəkətlərdə eyni uğura imza atıb.
Fidan Qurbanlı top proqramında gümüş medal qazanıb.
Digər idmançı Azadə Atakişiyeva lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.
Gimnastlarımız ötən gün komanda hesabında gümüş medala yiyələniblər.
Turnirdə 15 ölkədən olan gimnastlar mübarizə aparıblar.