Azərbaycanın səfirliklərində xidmət müddəti müəyyənləşib

eOrY8shksQuppmoOVVYy6gppbvYjaJVl07XT9qyE_1200

Azərbaycanın səfirliklərində fasiləsiz xidmət (səfir və müavinlər istisna – red.) müddəti müəyyənləşib.

Olkemedia.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də əksini tapıb.

Sənədə əsasən, sözügedən müddət üç il müəyyən olunur.

Qeyd edilir ki, bu müddət xarici işlər naziri tərəfindən onların razılığı ilə bir ilədək uzadıla bilər və ya onlar “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan hallarda xidmət müddətinin başa çatmasından əvvəl geri çağırıla bilərlər.