Qırğızıstanın baş naziri Azərbaycana səfərə gəlib
Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
Olkemedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.