Bakıda mənzildə bağlı qapı arxasında qalan şəxs ölü tapıldı

iyTOJHQNY1XUxYU5GPJUfXi3T08uNgomzVOUbFdx_1200

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Olkemedia xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi (FHN)

Meyit