Gürcüstanda matəm
Gürcüstanda bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar matəm elan olunub.
Olkemedia xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Bildirilib ki, II İliya martın 17-də, 93 yaşında böyrək, ağciyər və ürək çatışmazlığı səbəbindən vəfat edib. O, Gürcü Pravoslav Kilsəsinə ən uzun müddət rəhbərlik etmiş patriarx olub. Belə ki, II İliya 1977-ci ildə Gürcü Pravoslav Kilsəsinin rəhbərim seçilmişdi
Qeyd olunub ki, matəm müddətində ölkə üzrə inzibati binalarda dövlət bayraqları yarıyadək endiriləcək.