Tiktoker CƏZALANDIRILDI

85OGNp1nD9pCcflBv4A7CaFvKmp1fgCYQ1QfcdiA_1200

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Oxu.Az-ın məlumatına görə, keçirilən tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb.

Onun barəsində internet informasiya resurslarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Ə.Nəzərov inzibati qaydada həbs olunub.