Bakı-Quba yolunda faciəli şəkildə ölən şəxsin hadisədən DƏQİQƏLƏR ÖNCƏKİ GÖRÜNTÜSÜ – Yaxınları axtarılır

KSUsGoHP56tctdh1gpFGHm6VTomZdajJkKw7vAKB_1200

Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Şimal Regional Qrupundan məlumat verilib.

Qeyd olunub ki, hadisə fevral ayının 11-də saat 22:30-da baş verib.