Saatlıda avtomobilin vurduğu piyada öldü

Nn5LNoI61oiIvBvwcVkcGRf5MMFZilHAzIy2eXJs_1200

Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Bəylik kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən Bəylik kənd sakini, 1950-ci il təvəllüdlü Əlövsət Məmmədovu avtomobil vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.