Zaur İbrahimov vəzifəsindən azad edildi

IxW4XVzs6YeZgTj8y672waDs6eyAPdP07bYGHnJr_1200

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur Kamal oğlu İbrahimov vəzifəsindən azad olunub.

Olkemedia Qaynarinfo.Az-a istinadla xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Bildirilib ki, Z.İbrahimov öz ərizəsi ilə vəzifədən azad edilib.

Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Zaur İbrahimov vəzifəsindən azad edildi