Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

oCOEJozrhoqbYAk2naxho9QFs0mbCqCoI8U6cG8W_600

Olkemedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda estetik əməliyyat etdirən qadın öldü