Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib

ZbT4cOh7NqG2LVbTuXqyyILcKFRURFQyyuxpNsif_1200

“Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirak etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Olkemedia APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.

Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.