Azərbaycanda 17 məscidə imam axtarılır

images

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31, dini ayinlərin icraçısı vəzifəsi üzrə doqquz, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə dörd yer üçün müsahibə elan olunub.

Vakansiyalarla daha ətraflı buradan tanış ola bilərsiniz.