Sabah bir rayonda qaz olmayacaq

QmM0NBEpUiPaiXuwvWVjxo6DVMdTORE25o3JiSLs_1200


Sabah Şəki rayonunda iki kəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Olkemedia.az xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonu Qoxmuq və İnçə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.