Kəmaləddin Heydərovdan yeni təyinat – Şabranda rəis dəyişdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Olkemedia.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Cəbrayılov öz ərizəsi ilə təqaüdə göndərilib.
Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinin icrası Novruz Quliyevə tapşırılıb.
Qeyd edək ki, Zaur Cəbrayılov 2021-ci ildən Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.