Azərbaycan və Türkiyənin birgə təlimində yeni mərhələ: Hazırlıqlar başa çatdı
Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək “Birlik Gücü-2026” təliminə hazırlıqlar başa çatıb.
Olkemedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” platformasında paylaşım edib.
Bildirilib ki, Türkiyə ordusunun 14-cü mexanizə piyada briqadası komandanlığı tərəfindən təlimə hazırlıqlar yekunlaşıb.
Bölmələr təlim çərçivəsində sentyabrın 15-də Qars qarnizonundan Azərbaycanın “Qızılqaya” və “Qarabağlar” təlim sahələrinə yerləşdirilməyə başlayıb.