BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub.
BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib.
BTV rəhbərliyi gənc kadrların medianın inkişafına verə biləcəyi töhfəni, müasir və yenilikçi yanaşmaların əhəmiyyətini, eləcə də rəqəmsal mediada xəbərin operativ və dəqiq şəkildə ictimaiyyətə çatdırılması prinsiplərini nəzərə alaraq bu təyinatın həyata keçirildiyini bildirib.
Kanalın əsas hədəflərindən biri ənənəvi jurnalistika prinsiplərini rəqəmsal medianın müasir imkanları ilə birləşdirmək, peşəkarlarla yanaşı perspektivli gənc media nümayəndələrinin də inkişafına şərait yaratmaqdır.
Qeyd edək ki, fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, BTV ölkə ictimaiyyətinin diqqətini cəlb edən media platformalarından birinə çevrilib. Kanalın xəbər və sosial media platformalarında təqdim etdiyi materiallar geniş auditoriya tərəfindən izlənilir.
BTV-də kadr və proqram şəbəkəsinin formalaşdırılması prosesi davam edir. Yaxın zamanda bir sıra tanınmış jurnalistlərin, aparıcıların və yeni simaların BTV-də fəaliyyətə başlayacağı bildirilir.