Salyanda ağır qəza: Ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşdi
Salyanda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Olkemedia.az “Report”a istinadən xəbər verir ki, qəzada həlak olanlar Salyan rayonunun Şorsulu kənd sakinləri – 1987-ci il təvəllüdlü Elnur Faiq oğlu Əhmədov, 1987-ci il təvəllüdlü İlkin Qismət oğlu Qasımov və 1963-cü il təvəllüdlü Nizami Həsənağa oğlu Qasımovdur.
Hadisə zamanı xəsarət alanlar isə 2003-cü il təvəllüdlü Əlifağa Elsevər oğlu Hümbətov, 2001-ci il təvəllüdlü Rəhmiyyə Rəhman qızı Məmmədova və 1972-ci il təvəllüdlü Vüqar Tahir oğlu Əsədovdur.