DÇ-2026: İspaniya və Kabo-Verde yığmaları pley-offda

CXVBefPpBmdoiHbTnjx2x2TCli5or7jQSeRPb4TQ_1200

2026-cı il futbol üzrə dünya çempionatının H qrupunun III turunda Uruqvay və İspaniya milliləri üz-üzə gəliblər.

Olkemedia.az  xəbər verir ki, qarşılaşma Meksikanın Sapopan şəhərində yerləşən “Akron” stadionunda keçirilib. Oyunun baş hakimi ABŞ-dən olan İsmail Elfat olub. Matç İspaniya millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu 42-ci dəqiqədə İspaniya millisinin hücumçusu Aleks Baena vurub.

H qrupunda üç turdan sonra Uruqvay millisi iki xalla üçüncü pillədə qərarlaşıb. Yeddi xalı olan İspaniya millisi qrup lideri kimi pley-offa yüksəlib.

Qrupun digər oyunu Kabo-Verde və Səudiyyə Ərəbistanı milliləri arasında olub.

Qarşılaşma ABŞ-nin Hyuston şəhərində yerləşən “NRG Stadium”da keçirilib. Oyunu Fransadan olan baş hakim Fransua Leteksye idarə edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Komandalar 90 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməyiblər.

Beləliklə, H qrupunda üç turdan sonra Səudiyyə Ərəbistanı millisi bir xalla sonuncu – dördüncü pillədə qərarlaşıb və dünya çempionatı ilə vidalaşıb.

Kabo-Verde millisi isə üç xalla ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.