Aleksandr Usik bütün çempionluq kəmərlərindən imtina etdi

eUOf4eK7j8CO523Ijn5ZUzHfKOFcka809jiYBUjM_1200


Ukraynalı ağırçəkili boksçu Aleksandr Usik sahib olduğu bütün çempionluq kəmərlərindən imtina etdiyini bəyan edib.

Olkemedia.az xəbər verir ki, keçmiş mütləq dünya çempionu bu barədə “Instagram” hesabında paylaşdığı videomüraciətində bildirib.

“Bu gün sahib olduğum bütün kəmərlərimdən imtina etmək istəyirəm ki, növbədə gözləyən uşaqlar onlar üçün boks edə bilsinlər”, – deyə o qeyd edib.

Bununla yanaşı, Aleksandr Usik karyerasını başa vurmaq niyyətində olmadığını vurğulayıb.