Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108 ili tamam olur

geRVvoWNalFXj2oZKnK6Dq5dyGs6Ei2y4IY2Pe03_1200

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108 ili tamam olur.

Olkemedia.az  xatırladır ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edilib.