Böyük Britaniyada iki sərnişin qatarı toqquşub, onlarla xəsarət alan var

aXASXDjphLWAYLDLDSBvhPSC7Gavu9gX1O28MnoE_1200

İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayının 50-100 nəfər arasında olduğu ehtimal edilir.

Olkemedia.az  xəbər verir ki, bu barədə “The Times” hadisə şahidinə istinadən məlumat yayıb.

Sərnişinlərdən biri nəşrə bildirib ki, müxtəlif dərəcəli xəsarətlər alan onlarla insan görüb.

“The Daily Telegraph” qəzetinin məlumatına görə, hər iki qatar London şəhərindəki “St. Pancras” vağzalına doğru hərəkət edirmiş. Qatarlardan biri Nottingem şəhərindən, digəri isə Korbi yaşayış məntəqəsindən yola çıxıb.

İlkin məlumata əsasən, birinci qatar avtomatik əyləcləmə həyata keçirən təhlükəsizlik sistemində nasazlıq yarandığı üçün dayanıb. Bundan sonra arxadan gələn ikinci qatar onun son vaqonuna çırpılıb.

Qəza “Bedford” vağzalından təxminən 4 kilometr cənubda baş verib. Hadisə ilə əlaqədar həmin ərazidə qatarların hərəkəti dayandırılıb.