Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?

4yArOxZN6uDNJvoQrR5IVQzY1xiEjE3Li14cdQDF_1200

“Xankəndidə dəmiryol vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.

Olkemedia.az xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik? - FOTO - VİDEO

O bildirib ki, Xankəndi dəmiryolunun inşasına başlanılıb:

“Artıq layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib. Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi planlaşdırılır”.