Ağakərim Səmədzadə: “Xəzər dənizində su səviyyəsinin azalması ciddi problemdir”
“Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi ciddi problemə çevirilib”
Olkemeedia.az xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlimə Dayanıqlı Şəhərlər və İcmalar: Xəzər Regionu üzrə Şəhər Adaptasiyası üçün İqlim Maliyyəsinin Səfərbər Edilməsi” adlı tədbirdə deyib.

O bildirib ki, dünya iqlim dəyişikliyi ilə üz-üzədir:
“Bu, milyonlarla insanın həyatına təsir edir. Bununla bağlı addımlar atılmalıdır. Müxtəlif layihələr həyata keçiririk. Azad edilmiş ərazilərdə ağıllı kənd və şəhərlərin salınması strateji proqramdır. Şəhər yerlərində tullantılarının idarə edilməsi yaşıl enerjiyə keçidin əsas mərhələlərindədir. Ölkəmiz iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq əlaqələrə önəm verir. Xəzər hövzəsindəki problemlər region ölkələrinin birgə əməkdaşlığını vacib edir. Şəhər yerlərinin bu dəyişikliklərə adaptasiyası, iqlim dəyişikliyinə uyğunlaşmasına dair fəaliyyətlərimiz davam edəcək”.