Prezident İlham Əliyev: “Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur”

Kue3OjbX7f5PRKNzKkmHYKGgCq7SSI3pomwtKM8G_1200

“Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz – onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”.

Olkemedia.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib.

Dövlətimizin başçısı qeyd edib:

“Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.