Şahdağa qar yağır: Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

8TUXlgBv1DfxSdyQjbDMZ1T5WFc3RzgcbQMjgSaB_1200

Mayın 8-i saat 16:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

Olkemedia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir. Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.

Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur.

Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.