Prezident Efiopiya ilə sazişi təsdiqlədi

AVhJWsQPkUxIX8FFcE8D4tYwgAVP5XQirgTnhC3k_1200

“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Olkemedia.az  President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanıb.