İspaniyanın baş nazirini aparan təyyarə Ankarada təcili eniş etdi

TqnfJ9WDF6TY29vl8kUTZZUg3OKmO5xeJx1Chlng_1200

Madrid-İrəvan marşrutu ilə uçan və göyərtəsində İspaniyanın Baş naziri Pedro Sançesin olduğu təyyarə texniki nasazlıq səbəbindən Ankarada təcili eniş edib.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, Sançesin olduğu “Airbus A310” təyyarəsində yaranan texniki problemlər ciddi deyil.

İspaniya baş naziri mayın 4-nə keçən gecəni Türkiyə paytaxtında keçirəcək, daha sonra isə Avropa Siyasi Birliyi sammitində iştirak etmək üçün İrəvana uçuşunu davam etdirəcək.