Gəncədə 22 yaşlı qadın bıçaqlanıb.

cvVjd9MeRJhY2Df7aJKvrFOpy0lJFvHFzEcnLbQi_1200

Olkemedia “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.

Belə ki 2004-cü il təvəllüdü S.Hətəmli bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan qadına dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, gənc qadın əri tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.