Tramp əlində avtomatla İranı hədələdi

MykGtK0xug77v6KuwtbhPNQWt0UWpU8IVdPbr2Od_1200

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Tehranın nüvə sazişi üzrə danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını bəyan edib.

Olkemedia.az -ın xəbərinə görə, bu barədə Tramp “Truth Social” platformasındakı hesabında paylaşım edib.

ABŞ lideri paylaşımda hərbi əməliyyatlar fonunda əlində avtomatla təsvir olunub.

“Artıq yaxşı oğlan olmayacaq!”, – deyə fotonun üzərində yazılıb.

Tramp əlində avtomatla İranı hədələdi - FOTO

“İran heç cür gücünü toplaya bilmir. Onlar qeyri-nüvə əməkdaşlıq sazişini necə imzalayacaqlarını bilmirlər. Yaxşı olar ki, onlar tezliklə ağıllansınlar!”, – deyə o, paylaşımda yazıb.