Sakinlərin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz kəsiləcək

VFPWsoAlsU9MDGRVTcWx3Z9GM1UFYI1Jr9nxMeyu_1200

Paytaxtın iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Olkemedia.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Təmir-quraşdırma işlərinin aparılması məqsədilə aprelin 28-də saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq”, – məlumatda qeyd edilib.