Bəhreyndə İranın hücumlarını dəstəkləyən onlarla insan vətəndaşlıqdan məhrum edildi
Bəhreyn hakimiyyəti İranın hərəkətlərinə dəstək verdiklərinə və xarici təşkilatlarla əməkdaşlıq etdiklərinə görə 69 nəfəri, o cümlədən onların ailə üzvlərini vətəndaşlıqdan məhrum edib.
Olkemedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İranın düşmənçilik hərəkətlərinə dəstək verən və ya xarici subyektlər üçün casusluqla məşğul olan şəxslərin Bəhreyn vətəndaşlığından məhrum edilməsi barədə qərar qəbul edilib”, – deyə nazirliyin “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatında bildirilir.
DİN vurğulayıb ki, vətəndaşlıqdan məhrum edilən şəxslərin hamısı mənşəcə bəhreynli olmayıb.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri İran ərazisindən Bəhreynə doğru yüzlərlə raket və pilotsuz uçuş aparatı (PUA) buraxılıb.