15 yaşında dünyaya uşaq gətirən yeniyetmənin anası danışdı: “Hamilə olduğunu xəstəxanada öyrəndim”
Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib. Məlumata görə, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
Olkemedia.az xəbər verir ki, bu barədə APA TV-nin videomaterialında məlumat verilib.
Hadisə ilə əlaqədar yeniyetmənin anası bildirib ki, baş verənlərdə qonşuları günahkardır: “Bu barədə heç bir məlumatım olmayıb. Martın 31-də qızımı Ağdaşda həkim müayinəsinə apardıqda hamilə olduğunu öyrəndim. Qızım hadisəni törədən şəxsin qonşumuz olduğunu bildirib. O, qızıma təcavüz edib. Biz ailəvi dost idik, mütəmadi olaraq bir-birimizin evinə gedib-gəlirdik”.
Ananın ittihamlarına cavab verən qarşı tərəfin atası isə oğlunun günahsız olduğunu iddia edib: “Məsələ ilə bağlı altı-yeddi nəfər izahat vermək üçün polis şöbəsinə çağırılıb. DNT analizi cavabı hər şeyi aydınlaşdıracaq. Mənim övladımın üzərinə şər atırlar”.