Qobustanda üç yaşlı uşaq dərmandan zəhərləndi

WwYdfqeTP7NwvWPB5888KAVbX8Ppz5gh03fPLUnb_1200

“Aprelin 15-də saat 22:40-da 3 yaşlı oğlan zəhərlənmə şübhəsi ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

Bu barədə Xia.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, tibb müəssisəsində azyaşlıya psixotrop dərman vasitələri ilə zəhərlənmə diaqnozu qoyulub.

“Zəruri tibbi xidmətlər göstərilən azyaşlının vəziyyəti stabil qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb”.