Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Fp34r9tBOAHMat6YY2VxSFt7U7qPsFA9O6o1pps6_1200

Naxçıvan Muxtar Respublikasında beş yeni körpələr evi-uşaq bağçası tikiləcək.

Olkemedia.az -ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tender elan edib.

Belə ki, nazirlik layihə çərçivəsində Naxçıvan şəhəri, Culfa, Ordubad, Kəngərli və Şərur rayonlarında, beş ədəd körpələr evi-uşaq bağçasının inzibati binalarının tikinti işlərinin layihələndirilməsi işlərinin satın alınmasını həyata keçirəcək.

Qurum görüləcək işlər müqabilində ümumilikdə 495 min 600 manat ödəməyi planlaşdırır.