“Teleradio”ya yeni rəhbər təyin edildi

KLfqLoWz3jA59BG3uxOqS7s8ZoBac1rzP2xT1vc1_1200

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri dəyişib.

Olkemedia.az  APA-ya istinadən xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Onun əvəzinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.

Qeyd edək ki, Ə.Əliyev, eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

Qeyd edək ki, T.Əsgərzadə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi.

Fotoda Əlibaba Əliyev

Teleradioya yeni rəhbər təyin edildi - FOTO