Moldovanın MDB-dən rəsmən çıxacağı tarix bəlli oldu
Moldova 2027-ci ilin aprelində rəsmən Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.
Olkemedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moldovanın xarici işlər naziri Mixay Popşoi məlumat verib.
“Ölkə başçısı Maya Sandu tərəfindən Moldovanın MDB-də iştirakına dair sazişlərin denonsasiyası barədə parlamentin qərarları elan edildikdən sonra – aprelin 8-də Minskdəki katibliyə bildiriş göndərilib. Biz müvafiq sənədlərin alınması barədə təsdiq cavabı almışıq, 2027-ci ilin aprelində Moldova rəsmi şəkildə MDB-ni tərk etməlidir”, – deyə nazir bildirib.