Biləsuvarın bəzi hissələrində işıq olmayacaq

pl595Ct4bP0bEvOUTFbWcIpwWummzdg4O6sSV1LG_1200

Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Olkemedia.az  xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, aprelin 15-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq 10 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhərin Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.