Abşeronda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

i7Tqc0szo7Y8G6qPXQBBBjbRHfSQivdV8067sCCP_1200

Abşeron rayonunda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb.

Olkemedia.az -ın məlumatına görə, Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, avtomobil sahibinin sevgilisi, 35 yaşlı G.Nəsibova müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin qaçırdığı avtomobillə spirtli içkinin təsiri altında qəza törətdiyi də məlum olub.

Faktla bağlı araşdırma davam etdirilir.