Tanınmış cərrahın qardaşına YÜKSƏK VƏZİFƏ verildi

ifGKcASb4Kew8zLHFXNdtmJue9uw2OYFEM44zjm7_1200

Emil Fərhad oğlu Şolan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə yeni icraçı direktor təyin edilib.

Olkemedia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Emil Şolan bu vəzifəyə xidmətin Müşahidə Şurasının qərarı ilə təyin olunub.

Qeyd edək ki, Emil Şolan bundan əvvəl Xidmətin icraçı direktorunun müavini, daha əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində icraçı direktorun müşaviri vəzifələrində çalışıb. O, tanınmış cərrah-uroloq və transplantoloq Rəşad Şolanın qardaşıdır.

Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb.

Tanınmış cərrahın qardaşına YÜKSƏK VƏZİFƏ verildi - FOTO