Qubada 50 yaşlı kişi bıçaqlandı, qonşusu saxlanıldı
Qubada 50 yaşlı kişi bıçaqlanıb.
Olkemedia.az -ın məlumatına görə, hadisə aprelin 13-də rayonun Tülər kəndi ərazisində qeydə alınıb. Kənd sakini – 52 yaşlı Vasif Dadaşov münaqişə zəminində qonşusu olan 50 yaşlı Savalan Şeydayevi bıçaqlayıb.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Araşdırma aparılır.