Azərbaycanda hər sürücünün tanıdığı adamdan ETİRAF

xj64EOINl3QKCiji9a33TAXX0dA5Ml1HfQ5QabHE_1200

“Bir-iki ay öncə nişanlanma xəttinin tələbini pozduğuma görə 40 manat cərimə olunmuşam”.

Olkemedia.az xəbər verir ki, bu fikirləri professor, sürücülük imtahanına hazırlaşanlar üçün vəsait müəllifi Əziz Talıbov “ASAN radio”ya müsahibəsində bildirib.

“Sürücü olmaq üçün Azərbaycanda istifadə edilən və tövsiyə olunan iki kitabın müəllifi mənəm. Talıbov olaraq mən yol-hərəkəti qaydalarını nəinki əzbər bilirəm, onun fəlsəfəsini də mənimsəmişəm.

Kimsə desə ki, mən qaydaları pozmuram və cərimə olunmuram, bu, reallığı əks etdirmir.

İstənilən vaxt imtahan versəm, 100 faiz nəticə əldə edərəm”.