İrlandiyada kişi balta ilə ABŞ hərbi təyyarəsinə zərər vurub

209GmmG3QHm1aDhevRt9vdTFavj6MlVkfWYvuts2_1200

İrlandiyada bir kişi Şannon Beynəlxalq Hava Limanının qapalı ərazisinə daxil olaraq ABŞ-yə məxsus hərbi təyyarəyə zərər vurub.

Olkemedia.az  “The Irish Examiner”ə istinadən xəbər verir ki, şübhəli şəxs “C-130 Hercules” təyyarəsinin qanadına çıxaraq gövdəsini balta ilə zədələyib.

Bildirilib ki, hadisə zamanı hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb və şübhəli saxlanılıb.