“Fənərbağça” səfərdə böyük hesabla qalib gəlib
Türkiyə Super Liqasının 29-cu turunda “Fənərbağça” səfərdə “Kayserispor”u 4:0 hesabı ilə məğlub edib.
Olkemedia.az xəbər verir ki, qarşılaşmada hesabı ilk hissənin sonunda Nqolo Kante açıb.
İkinci yarıda Anderson Talişka və Dorgeles Nene fərqi artırıb, Talişka matçın sonlarında ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Qələbə sayəsində “Fənərbağça” xallarını 66-ya çatdıraraq ikinci pillədə qalıb və lider “Qalatasaray”dan 1 xal geri qalır.