Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya uğradı: Ölən və yaralılar var

8uz55qXQ7gL2isbxFPKv6pHDUK0lDJ1RZ3vUM7Fi_1200

Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.

Olkemedia.az  xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. “Hyundai” markalı avtobusla “Nissan” toqquşub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb