Lənkəran İcra başçısı müavinini işdən çıxartdı

p5v0WqkXPdUgv7pszY16Iz676GGmS6NsFHy01dQH_1200

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

Olkemedia.az  İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib.

İcra başçısı müavinini işdən çıxartdı - FOTO