Konteyner gəmisi Hörmüz boğazında batıb

qdVToqiF1LCYPd5AoeAN1fhLHI2NSbEymnCdxLSR_1200

Malta bayrağı altında üzən “Safeen Prestige” konteyner gəmisi Hörmüz boğazında batıb.

Olkemedia.az  TASS-a istinadən xəbər verir ki, regionda dəniz hərəkəti operatorları müvafiq bildiriş göndəriblər.

“‘Safeen Prestige” konteyner gəmisi Ras Mahrukdan təxminən 6.5 dəniz mili şimal-şərqdə batıb. Səthdə neft sızması izləri var. Dənizçilərdən ehtiyatlı olmaları xahiş olunur”, – deyə operatorların bildirişində qeyd olunur.