İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib

İran Silahlı Qüvvələri İsrailin Ben-Qurion hava limanında ABŞ-yə məxsus “E-3 Sentry” (AWACS) uzaqmənzilli radiolokasiya təyyarələrinin və yanacaq tankerlərinin yerləşdiyi yerə zərbələr endirib.
Olkemedia.az bu barədə “Fars” agentliyinə istinadən xəbər verir.
“Hücumların bu dalğasında iki min km uçuş məsafəsinə malik “Araş-2″ pilotsuz uçuş aparatlarından istifadə edilib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, zərbələr həmçinin ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən radiolokasiya aşkarlama obyektinə və radioelektron mübarizə vasitələrinə də endirilib.