Xırdalanda Su problemi həllini nə zaman tapacaq?

YGjCG3m6iKzef4bOZ13ZnoFLz8kTqMcIBUszENbM_1200

Bir neçə gündür ki, intensiv yağışlar səbəbindən Abşeron rayonu Xırdalan şəhərində içməli su təminatında problem yaranıb. Bu da sakinlər üçün ciddi çətinliklər yaradıb.

Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, ərazidə nasos stansiyasında yaranan problem aradan qaldırılmaq üzrədir:

Xırdalan sakinləri çıxılmaz vəziyyətdə: Su problemi həllini nə zaman tapacaq?

“Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılır. Sakinlərə gün ərzində bir neçə saatlıq suyun verilməsinə nail olunacaq. Ərazidə su maşınları da xidmət göstərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranan qəza halının tam aradan qaldrılması istiqamətində digər dövlət qurumları ilə birgə intensiv şəkildə fasiləsiz olaraq bərpa işləri aparılır”.